Qayıdış İrəvanla sülh gündəliyinin tərkib hissəsidir

Qayıdış İrəvanla sülh gündəliyinin tərkib hissəsidir

Qərbi Azərbaycan məsələsi Ermənistan və Azərbaycan arasında sülh gündəliyinin tərkib hissələrindən biri olmalıdır.

AzerTimes xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.

“Qərbi azərbaycanlıların həmin ərazilərə qayıtması könüllüdür və onların həmin ərazilərə qayıdanda təhlükəsizlik və sosial-iqtisadi təminatı yerinə yetirməlidir. Ermənistan bu məsələləri könüllü olaraq üzərinə götürməli və həll etməlidir. Bu, xalqımız üçün bir humanitar faciədir. Bu baxımdan icmanın üzərin çox böyük məsuliyyət düşür”, – Xələf Xələfov vurğulayıb.

Teqlər: