Azərbayacanda bu gecə növbəti dəfə zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar Qax rayonunda qeydə alınıb.
15 km dərinlikdə olan təkanların maqnitudası 3.0 olub.
İlkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 00:29 Zaqataladan 29 km cənub-şərqdə Qax ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, bu iyul ayında ölkədə qeydə alınan ilk təkandır. Ötən ay isə 8 yeraltı təkan qeydə alınıb ki, onlardan ən güclüsü Oğuzda olub – 4,5 maqnituda.