Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları şəhərin küçə və prospektlərində dayanma-durma
qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar reyd
keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional
qrupundan AzerTimes-a
verilən məlumata görə,yol polisi əməkdaşları şəhərin müxtəlif
istiqamətlərində parklanma qaydalarını pozan, eləcə də avtobus
dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat
vasitələrinin sürücülərini aşkarlayıblar.
Keçirilən tədbirlər zamanı 15 sürücü barəsində inzibati protokol
tərtib olunub.