Qaxda mərasim evinin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub

Xəbər - Çingiz Səfərli – Trend:

Qax şəhəri, Azərbaycan prospektində fəaliyyət göstərən mərasim evində keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.


Twitter:@cingizsafarli

Teqlər: