Qax rayonuna dolu düşüb.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, təbiət hadisəsi dünən axşam saatlarında Qaxın mərkəzinə, rayonun Zərnə və Ləkit kəndlərində müşahidə olunub.
Rayon sakinləri bildiriblər ki, dolu nəticəsində təsərrüfata, o cümlədən meyvə ağaclarına ziyan dəyib.
Qeyd edək ki, şimal-qərb bölgəsində son günlər qeyri-sabit hava şəraiti davam edir. Güclü leysan nəticəsində dağ çaylarında sululuq artıb.