Qaxda ağır yol qəzası oldu

Qaxda ağır yol qəzası oldu

Qaxda ağır yol qəzası baş verib.

Qaxdan Qorağan istiqamətində hərəkət edən Elçin Paşa Əliyev “Mersedes” markalı avtomobili hərəkətdə olarkən yolun kənarındakı qoz ağacına çırpıb.

Hadisə nəticəsində maşında olan sərnişin 1988 -ci il təvəllüdlü Qafarov Ruslan Rəşid oglu aldığı bədən xəsarətlərindən dünyasını dəyişib. Sürücü isə Qax rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktlka bağlı Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.