Qaxda ağır qəza: yaralılar var

Qaxda ağır qəza: yaralılar var

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadla xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Honda”, “Hunday” və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Teqlər: