Qax rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
AzerTimes-ın Report-a istinadən məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Ford” və “VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində “VAZ-21015″də olan sürücü və bir sərnişin hadisə yerində ölüb. Daha bir sərnişin isə Qax Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.