Qax rayonunda 11 aylıq körpə xəstəxanada ölüb.
AzerTimes Report-a istinadla xəbər verir ki, Qax rayon rayonu Qazmalar kənd sakini, 2023-cü il təvəllüdlü Ahu Rahim qızı Nəzərli yüksək hərarətlə Qax Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Xəstəxanada körpəyə lazımı tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bildirdiyinə görə, körpədə ağciyər və ürək çatışmazlığı olduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.