Qax rayonunda “VAZ” yanıb

Qax rayonunda minik avtomobili yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə, rayonun Almalı kəndində “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Teqlər: