Qatil kənarda qaldı, Fatiməyə cinayət işi açıldı

Qatil kənarda qaldı, Fatiməyə cinayət işi açıldı

İyulun 8-də Təbrizdə əzadarlıq mərasimində baş verən insidenti ictimailəşdirdiyi üçün təbrizli xanım jurnalist və sosial media fəalı Fatimə Qulipura qarşı cinayət işi açılıb.

AzerTimes xəbər verir ki, bu barədə jurnalist özünün sosial media hesabında yazıb.

Qulipur polisə çağırılaraq bir neçə saat dindirildikdən və barəsində cinayət işi açıldıqdan sonra sərbəst buraxıldığını deyib:

“Mənə prokurorluğun çağırışını gözləməyimi, Təbrizdə əzadarlıq mərasimləri ilə bağlı heç bir məlumat yaymamağımı tapışırdılar”.

Qeyd edək ki, iyulun 8-i gecə saatlarında Təbrizin Qaraağac məhəlləsində məhərrəmlik münasibətilə keçirilən əzadarlıq ərasimində dava düşüb. Soyuq silahlarla təchiz olunmuş qrup əzadarlıq mərasiminə hücum edib, 2 nəfəri öldürüb və 25 nəfəri yaralayıb.

Teqlər: