Qatil Balasanyanın azərbaycanca danışığı… – Video

Qatil Balasanyanın azərbaycanca danışığı… – Video

Qarabağdakı erməni terrorçulardan Vitali Balasanyanın Azərbaycan dilində danışdığı görüntüləri yayılıb.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, ermənilər videonun yaxın günlərdə “Laçın” postunda çəkildiyini desələr də, havaya əsasən görüntülərin daha əvvələ aid olduğunu qeyd edənlər də var.

Videoda Balasanyanın kimliyi bilinməyən şəxslə müzakirə apardığı görünür.

Qeyd edək ki, hər iki Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş 300-ə yaxın erməni terrorçusu axtarışa verilib. Onlardan bəziləri həbs edilərək Bakıya gətirilib. V.Balasanyanın da hazırda Qarabağda gizləndiyi və qaçmağa çalışdığı deyilir.

Teqlər: