Qızılburun-Gilgilçay istiqamətində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, qatarların hərəkəti qrafik üzrə təmin olunub.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) QSC məlumat yayıb.
Bildirilib ki, bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş vermiş, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.