Bu gündə Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkədaxili qatarlarda test rejimində ödənişsiz vay-fay xidmətini tətbiqinə başlayır.
AzerTimes xəbər verir ki, bu barədə QSC məlumat yayıb.
Məlumata görə, pilot layihə çərivəsində ilkin olaraq Bakı-Ağstafa-Bakı marşrutu ilə hərəkət edən qatarların birində bu xidmət istifadəyə veriləcək. Mərhələli şəkildə vay-fay bağlantısı ölkədaxili istiqamətlərdə xidmət göstərən digər qatarlarda da aktivləşdiriləcək, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim ediləcək.
“Sərnişindaşıma xidmətinin keyfiyyətini innovativ həllərlə yüksəldən ADY, həmçinin stansiya və vağzallarda mövcud olan vay-fay zonalarında internet bağlantısının keyfiyyətini yaxşılaşdırıb. Kəsintisiz internetdən istifadə üçün cihazlarınızı “ADY Free” şəbəkəsindən ayırıb yenidən qoşmağınız kifayətdir”, – deyə ADY bəyan edib.