Azərbaycandan Rusiya istiqamətində hərəkət edən yük qatarının vaqonunda yüklərin arasında gizlənərək dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərən şəxs saxlanılıb.
Bu barədə AzerTimes-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan şəxsin Xaçmaz rayon sakini, 1988-ci il təvəllüdlü Tamindar Ənvəroviç Lumanov olduğu müəyyən edilmişdir.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.