Xəbər - Sədrəddin Ağcayev – Trend:
Qətərin “Qatar Airways” şirkəti mayın 10-dan Doha-Bakı-Doha marşrutu ilə uçuşları bərpa edəcək.
Bu barədə AzerTimes-a Heydər Əliyev Beynəlxalq Hava limanından bildiriblər.
Qeyd olunub ki, uçuşlar həftədə üç dəfə, bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günləri keçiriləcək.
Bakıdan Dohaya uçuşlar yerli vaxtla saat 03:25-də, Dohadan Bakıya yerli vaxtla 20:20-də baş tutacaq.
İyunun 11-dən etibarən Doha-Bakı-Doha reysləri hər gün yerinə yetiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)