Qaşqay QUT Partiyası (Qaşqay Ulusal Türk Partiyası) Azərbaycanın Qarabağda antiterror tədbirləri keçirməsi ilə bağlı “Baydaq nyus”da dəstək bəyanatı yayıb.
Partiyadan AzerTimes-a verilən məlumata görə, türkcə dərc olunan bəyanatda qaşqay türklərinin Azərbaycan Ordusuna hərtərəfli dəstəyi vurğulanıb.
Qeyd olunub ki, türk ordusunun zəfəri onları qürurlandırıb:
“Qarabağda yerləşən erməni terror qruplarının Azərbaycan Respublikası vətəndaşlarına qarşı təxribat xarakterli hərəkətlərindən sonra müzəffər Azərbaycan Ordusu Qarabağda təmizləmə işləri həyata keçirməyə məcbur qaldı. Qaşqay Türk Partiyası, Türk Qaşqay Xalq Birliyi terrorçulara qarşı mübarizədə Azərbaycan hökumətinə, millətinə və türk ordusuna qəti dəstəyini və türkçülük idealları uğrunda ölməyə hazır olduğunu bəyan edir. Həmçinin, İran hökumətinin bu yöndə Ermənistana dəstəyini qətiyyətlə pisləyir.
Yaşasın türk hökumətləri! Yaşasın türk orduları!”