Qaşqayların milli fəallarından olan Əbülfəz Kərəmi Şiraz şəhərinin İnqilab Məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.
AzerTimes xəbər verir ki, bu barədə qaşqay fəalları məlumat yayıblar.
Onun həbs cəzası bitdikdən sonra 5 il müddətinə ölkədən çıxışına, 2 il müddətinə sosial mediada fəaliyyətinə qadağa da qoyulub.
Əbülfəz Kərəminin dinc mədəni və milli fəaliyyətlərinə görə cəzalandırıldığı qeyd edilib.