Qasırğanın səbəb olduğu daşqınlar Meksikada minlərlə insana təsir göstərib

“Pamela” qasırğasının səbəb olduğu daşqınlar Meksikanın şimal -qərbindəki Sinaloa əyalətində 1500-dən çox ailənin evlərində fəsadlar törədib.

AzerTimes-ın məlumatına görə, bu barədə Milenio qəzeti region hakimiyyətinə istinadən bildirib.

Məlumata əsasən, ən çox ziyan El-Rosario bələdiyyəsinə dəyib. Yerli sakinlərin sözlərinə görə, onlar bir neçə onilliklər ərzində belə böyüklükdə təbii fəlakətlə üzləşməyiblər.


Xilasedicilər insanları su basmış ərazilərdən çıxarır, ölən və yaralananlar barədə məlumat verilməyib.