Qasırğaların səbəbi smartfonlar ola bilər

Qasırğaların səbəbi smartfonlar ola bilər

Araşdırmalar göstərir ki, bu il ABŞ-də yaranmış dağıdıcı qasırğalar Ayfon kimi smartfonlar da daxil olmaqla, müasir texnologiyalarla əlaqəli ola bilər.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, materialda qeyd olunub ki, mobil cihazların istehsalı və istismarı nəticəsində hər il atmosferə 580 milyon ton karbon qazı buraxılır. Bu da öz növbəsində bütün aviasiya sənayesinin emissiyalarından çoxdur.

Bu emissiyalar okeanları qızdıraraq, “Milton” qasırğası kimi güclü fırtınalar əmələ gətirir. Alimlərin fikrincə, smartfon istehsalının hər bir mərhələsi – xammalın çıxarılmasından tutmuş utilizasiyaya qədər böyük enerji xərcləri tələb edir ki, bu da böyük istixana qazları emissiyası ilə müşayiət olunur.

Bir telefonun istehsalı zamanı təxminən 180 funt karbon qazı atmosferə buraxılır. Halbuki, 180 funt karbon altı ay ərzində avtomobil sürən zaman meydana gəlir.

Ancaq bunlar bütün risklər deyil: telefonların şarj edilməsi, onların istifadəsi və utilizasiyası atmosferə daha da zərərli maddələr buraxır.

Bundan başqa zibilliklərə atılan batareyalardan çıxan zəhərli maddələr torpağa sızaraq ətraf mühiti çirkləndirir və qlobal istiləşmənin, qasırğa və daşqın kimi təbii fəlakətlərin artmasına səbəb olur.

Teqlər: