Livan Prezidenti Mişel Aun SEPAH-ın Qüds briqadasının öldürülən komandanı Qasım Süleymaninin qızı Zeynəb Süleymaniyə vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
Məlumatın Livan mediasında dərc olunması sosial media istifadəçilərinin tənqidi reaksiyalarına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri Zeynəb Süleymaniyə Livan vətəndaşlığının verilməsinə etiraz ediblər. Bildiriblər ki, əksər ölkələr vətəndaşlığı dünyanın əksər dövlətlərində terrorçu kimi tanınan şəxsin qızına deyil, adətən elm adamları, sənətçilər, ziyalılar, həkimlərə verir.