Hizbullah hərəkatının lideri Naim Qasım İsrailin Livanın paytaxtı Beyruta endirdiyi zərbələrə cavab veriləcəyini vəd edib və “Təl-Əvivin ürəyinin” vurulacağını bildirib.
AzerTimes xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
O, Hizbullah lideri Həsən Nəsrullahın öldürülməsinin onlara zərbə olduğunu etiraf edib. Bununla bərabər, Qasım hərəkatın sarsılmaz və möhkəm olduğunu və onun döyüşçülərinin istənilən yerdə döyüşə və İsrail qüvvələrini dəf edə biləcəyini vurğulayıb.
“Biz möhkəmliyimizi, mətanətimizi, cəsarətimizi və qorxmazlığımızı o qədər nümayiş etdirmişik ki, bəzi əsgərlərimiz ön cəbhəyə düşmək üçün bir-biri ilə yarışır”, – o əlavə edib.