Rusiya-Ukrayna müharibəsi çox güman ki, uzanacaq. Qarşıda hələ çox döyüş var.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin generalı Sergey Krivonos deyib.
“Britaniyalıların hərbi strateq kimi böyük təcrübələri var. Onlar həmişə həqiqəti söyləyirlər və kiminsə xoşuna gəlməyə çalışmırlar. Hələ qarşıda çoxlu yuxusuz gecə, çoxlu döyüş, çoxlu itki var”, – o bildirib.
Generalın fikrincə, düzgün hazırlaşsa və birləşsə, Ukraynanın bu müharibədə qalib gəlmək üçün böyük şansı var:
“Bütün Ukrayna uzun sürən müharibəyə hazırlaşmalıdır: İlk növbədə, dövlət iqtisadiyyatı, infrastrukturu və ordu uzunmüddətli müharibəyə hazır olmalıdır. Bunsuz müharibənin davam etdirilməsi mümkün deyil”.
Qeyd edək ki, Böyük Britaniya kəşfiyyatının rəhbəri general Cim Hokkenhal Ukraynada müharibənin hələ uzun müddət davam edəcəyi haqqında bəyanat yaymışdı.