Qarqarçay çayında bir nəfər batıb.
Bu barədə AzerTimes-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Qarqarçay çayının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.