Qarpız kişi sağlamlığına mühüm faydalar verir

Qarpız kişi sağlamlığına mühüm faydalar verir

Yay mövsümünün ən çox istifadə edilən qidası olan qarpızla bağlı bəzi bigiləri öyrənmək sağlamlığa faydalıdır. Türkiyəli həkim, Qidalanma və Diyet mütəxəssisi Səda Demetgül, xüsusilə isti havalarda sərinləmək üçün ən çox seçilən qarpızın antioksidan mənbəyi olduğunu söyləyib.

Ehtiva etdiyi B vitamini sayəsində bədəni gücləndirən qarpızın faydaları bununla bitmir.

Qarpızın tərkibindəki B vitaminlərinin gün ərzində enerjini qorumağa yardımçı olduğunu söyləyən Dyt. Səda Demetgül, “Qarpız qan dövranını sürətləndirir və zərərli maddələri damarlardan uzaqlaşdıraraq xolesterolun artmasını əngəlləyir. Qarpız bol su tərkibi ilə bədəndə su çatıçmazlığını nizamlayır.

Səda Demetgül deyir ki, ABŞ-da Milli Xərçəng İnstitutunda aparılan araşdırmaya görə, qarpızın ehtiva etdiyi “likopin” maddəsi prostat xərçənginə səbəb olan hüceyrələrin azalmasına yardım edir.

Qarpız ayrıca A və C vitamini ilə zəngindir. Bu antioksidan komponentlər bədəndəki sərbəst radikallarla mübarizə apararaq xərçəngi önləmək xüsusiyyətinə malıkdir.
Kalium və maqnezium minerallarla da zəngin olan qarpız, yay üçün əsl tövsiyyə ediləcək bir qidadır.

“Qarpız çox sağlam bol vitamin və mineral tərkibli olsa da, şəkəri unudulmamalıdır” deyən Demetgül, yay aylarında ən çox istehlak edilən və sərinlik verən qarpızın, yüksək miqdarda şəkər ehtiva etdiyini vurğulayıb:

“Qarpızı qəbul edərkən hansı qidalarla birlikdə istehlak edildiyinə diqqət yetirilməlidir. Bəli, qarpız şəkərlidir, lakin əhəmiyyətli olan nə qədər istehlak edilməsidir. Xüsusilə şəkər xəstələri qarpızla birlikdə mütləq süd, qatıq, ayran və ya pendir kimi zülallı bir qidadan istifadə etməlidir. İnsanlar bunu özlərinə xas hazırlanmış bir diyet siyahısıyla qəbul etməlidir. Hər şəkər xəstəsinə görə xüsusi və fərqli diyet siyahıları hazırlanmalıdır. Buna görə diyet həkimindən məsləhət alınması xüsusilə təklif edilir”.