Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 müraciət daxil olub.
Bu barədə AzerTimes-a TƏBİB-dən məlumat verilib.
Məlumata görə, müraciət edənlərin 13-ü qadın, 3-ü kişidir.
Müraciətlər əsasən oynaq, çanaq, bilək, topuq, əl nahiyələrinin taravmaları ilə bağlıdır.
Xəsarət alanlardan biri uşaq, digərləri isə 42-61 yaş aralığında şəxslərdir.
Xəsarət alanların hər biri aidiyyəti üzrə tibb müəssisələrinə hospitalizasiya olunub.