Qarlı hava şəraiti səbəbindən Ankara ilə İstanbulu birləşdirən yol bağlanıb

Ankara və İstanbulu birləşdirən pullu avtomobil yolunun bir hissəsi hava şəraitinin pisləşməsi ilə əlaqədar bağlanıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, müvafiq qurumlar sürücülərin pulsuz, eləcə də Düzce-Gerede qəsəbələri arasında pullu yolun hissəsindən istifadəni qadağan edib.

Xatırladaq ki, Türkiyənin bir sıra bölgələrini, o cümlədən İstanbul və Ankaranı qar fırtınası cənginə alıb, bu da yollarda qəzaların sayının artmasına səbəb olub.

Sinoptiklər yaxın günlərdə havanın daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edirlər.