Xəbər - Tamilla Məmmədova – Trend:
Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərə yeni təkan verəcək.
AzerTimes-ın məlumatına görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
O bildirib ki, səfər çərçivəsində xüsusilə ticari-iqtisadi və mədəni-humanitar münasibətlər müzakirə olunacaq:
“Əminəm ki, bu səfər iki ölkə arasında münasibətlərə yeni təkan verəcək. Səfər çərçivəsində həm siyasi, həm də ticari-iqtisadi sahələrdə bütün məsələlər müzakirə olunacaq”.
Səfir əlavə edib ki, yaxın zamanlarda Gürcüstan-Azərbaycan ticari-iqtisadi komissiyasının iclası keçiriləcək. İclasın tarixi baş nazirin səfəri zamanı dəqiqləşdiriləcək.
(Tərcümə: Orxan Nəbiyev)