Qaribaşvilidən Mişa ilə bağlı şok iddia

Qaribaşvilidən Mişa ilə bağlı şok iddia

Ölkəmizdə siyasi məhbus yoxdur və olmayacaq, siyasi məhbus əvvəlki hökumətin dövründə olub.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.

O bildirib ki, Mixail Saakaşvilinin dövründə insanlar siyasi motivlərlə təqib olunmayıb, vəhşicəsinə məhv ediliblər:

“Mixail Saakaşvilinin dövründə insanlar siyasi motivlərlə həbs edilməyib, güllələniblər, işgəncələrə məruz qalıblar, siz hər şeyi yaxşı bilirsiniz. Həmin hökumət evləri, biznesləri ələ keçirib və insanları sözün həqiqi mənasında, fiziki olaraq məhv edirdi. Bu dövr bitdi, dostlar, Bidzina İvanişvili dövrü də bitdi. Avropaya inteqrasiya, media azadlığı və s. bunlar cənab İvanişvilinin 10 il əvvəl başladığı siyasətin davamıdır. İndi bizdə konkret konkret nəticələr var – assosiasiya sazişi, vizasız rejim və azad ticarət Saakaşvili dövründə xəyalına belə gəlməyən Avropa perspektivi də bunlara əlavə olundu. Əgər Saakaşvili bu gün burada olsaydı, bizim heç bir perspektivimiz olmazdı”.

Teqlər: