Qaribaşvili: Tezlikdə AB-yə namizəd statusu alacağıq!

Qaribaşvili: Tezlikdə AB-yə namizəd statusu alacağıq!

Ölkəmiz tezliklə namizəd statusunu alacaq, şərait və hamımızın birlikdə apardığımız uğurlu islahatlar bunu deməyə əsas verir.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Baş nazir İrakli Qaribaşvili 2022-ci il hesabatını təqdim edərkən deyib.

Hökumət başçısının sözlərinə görə, Gürcüstana Avropa perspektivinin verilməsi də mühüm hadisədir:

“Mən ilin əsas hadisəsinə toxunmaq istəyirəm ki, bu da Avropa İttifaqının qərarıdır. Bildiyiniz kimi, Gürcüstana Avropa perspektivi verildi, əvvəllər bunu təsəvvür etmək çox çətin idi. Bunu müharibə prosesləri sürətləndirdi. Biz namizəd statusu alacağımızı gözləyirdik, lakin bunun sırf siyasi qərar olduğunu başa düşürük. Gürcüstana indiki mərhələdə status verilməyib. Ancaq inanırıq ki, ölkəmiz bu statusu çox tezliklə alacaq. Bunu deməyə səbəb bizim hamımızın birlikdə apardığımız şərait və uğurlu islahatlardır. Ölkəmiz üçün müəyyən edilmiş 12 bəddən ibarət tövsiyə parlament və hökumət tərəfindən hər kəsin iştirakı ilə ciddi şəkildə yerinə yetirilib və biz indi avropalı həmkarlarımızın qərarını gözləyirik”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, Avropa Parlamentinin deputatı Yaçek Sariuş-Volski eks-prezident Mixail Saakaşvilnin həbsdə öləcəyi təqdirdə, Gürcüstanın heç vaxt AB üzvü ola bilməyəcəyini bildirmişdi.

Teqlər: