Qaribaşvili özü istefa vermək istəyirdi – İvanişvili

Qaribaşvili özü istefa vermək istəyirdi – İvanişvili

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin özü hökumət başçısı postunu tərk etmək arzusunda olduğunu bildirib.

AzerTimes xəbər verir ki, bunu hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası”nın fəxri sədri və təsisçisi, milyarder Bidzina İvanişvili deyib.

“Onun nəyini bəyənməməliyəm? Görün necə insandır. Bunu mən yox, özü istəyirdi”, – o bildirib.

Qeyd edək ki, yanvarın 29-da İrakli Qaribaşvili istefa verdiyini və “Gürcü Arzusu”nun sədri vəzifəsinə təyin olunacağını açıqlamışdı.

Teqlər: