Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Hökumət administrasiyası məlumat yayıb.
Görüşdə NATO-Gürcüstan əməkdaşlığının əsas istiqamətləri və Gürcüstanın Avroatlantik inteqrasiya istiqamətində əldə etdiyi irəliləyişlər müzakirə olunub. Baş nazir qeyd edib ki, Avropa və Avroatlantik məkana inteqrasiya ölkəsinin xarici və təhlükəsizlik siyasətinin əsas prioritetlərindən biridir.
Tərəflər dünyada və regionda, eləcə də Qara dəniz hövzəsində mövcud təhlükəsizlik mühiti və çağırışlar barədə fikir mübadiləsi aparıblar.