Gürcüstanın baş naziri İrakli Qaribaşvili Belarus prezidenti Aleksandr Lukaşenkonun Gürcüstanın işğal altındakı Abxaziya bölgəsinə səfərini pisləyib.
AzerTimes xəbər verir ki, bu barədə baş nazir Tvitter səhifəsində yazıb.
O bildirib ki, bu addım beynəlxalq hüquqa ziddir:
“Mən Aleksandr Lukaşenkonun Gürcüstanın Rusiya tərəfindən işğal olunmuş Abxaziya bölgəsinə “səfər” etməsini və onun oradakı görüşlərini qətiyyətlə pisləyirəm. Bu addım Gürcüstanın işğal olunmuş əraziləri haqqında qanunu pozur və beynəlxalq hüquqa, eləcə də ölkələrimiz arasında ikitərəfli münasibətlərə ziddir”, – deyə Qaribaşvili qeyd edib.
Qeyd edək ki, Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziya bölgəsinə qanunsuz səfər edib. Lukaşenko Abxaziyanın qondarma rəhbəri Aslan Bjaniya ilə Picvintalı bağ evində görüşüb.