Qaribaşvili emosional çıxışlara görə üzr istədi

Qaribaşvili emosional çıxışlara görə üzr istədi

Biz buna layiq idik! Gürcü xalqı ölkəyə Avropa Birliyinə üzv olmaq üçün Avropa perspektivi verilməyə layiq idi.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili illik hesabatını təqdim etdiyi parlament tribunasında deyib.

Bundan əlavə, Qaribaşvili bugünkü çıxışı zamanı müxalifətlə aralarında baş verən sözlü mübahislərə görə ictimaiyyətdən üzr istəyib:

“Bu, tarixi rekorddur, mən bunu deməkdən çəkinməyəcəyəm. İnsanlar 30 ildir ki, bunu istəyirlər. Bu, həqiqətən də böyük nailiyyətdir, təsadüfən heç kim bizə heç nə vermir. Mən emosional çıxışlara görə ictimaiyyətdən, o cümlədən siz, hörmətli opponentlərdən üzr istəyirəm. Bu qədər təhqiramiz ifadələr eşitmək xoş deyil, lakin təəssüf ki, bu cür bir-birinə bənzəməyən hərəkətlərə və təhqirlərə cavab verməmək çox çətindir”.

Teqlər: