Biz hər zaman uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməyə hazırıq və bunun region ölkələri üçün faydalı olduğuna inanırıq.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla görüşdə deyib.
“İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, – Qaribaşvili vurğulayıb.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisdə səfərdədir.