31 il əvvəl Xocalıda azərbaycanlı qardaşlarımızın qətlə yetirilməsini lənətləyirik, şəhidlərimizi bir daha rəhmətlə anırıq.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter hesabında yazıb.
“Xocalıda insanlığa qarşı törədilən cinayəti unutmadıq, unutmayacağıq.
Can Azərbaycanın dərdi dərdimizdir”, – Çavuşoğlu bildirib.