5 yanvar 2022-ci il tarixdə Astara rayonu Təngərüd kənd sakini,
1982-ci il təvəllüdlü İlkin Qənbərovun öldürülməsinə cəhd edilməsi
faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış
cinayət işi üzrə istintaq tamamlanıb.
Astara rayon prokurorluğundan AzerTimes-a bildirilib ki, aparılmış
istintaqla zərərçəkmişin bacısı, 1986-cı il təvəllüdlü Nadirə
Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olmuş
mübahisə ilə əlaqədar qeyd edilən tarixdə səhər saatlarında, həmin
vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif
nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə
cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Nadirə Qənbərova Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar
şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə
cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək
barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.
Astara rayon prokurorluğundan AzerTimes-a bildirilib ki,