Az əvvəl Azərbaycan Prezidenti qardaşım İlham Əliyev, Özbəkistanın Prezidenti Şövkət Mirziyayev zəng ediblər. Onlar da bizimlə bu sevincimizi bölüşürlər.
AzerTimes-ın verdiyi məlumata görə, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.
O qeyd edib ki, bu gün Türkiyə əsrinin qapısı açılıb:
“Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Türk xalqı 28 mayda tarix yazdı. Qarşımızda 2024-cü il var. Həmin ildə İstanbulumuzu yenidən qazanmaq üçün çox çalışacağıq”.
Onun sözlərinə görə, bundan sonrakı əsas hədəf xalqın birliyinə sahib çıxmaqdır.