Qardaşı uşaqlarını baltalayan əmi təcridxanada öldü

Qardaşı uşaqlarını baltalayan əmi təcridxanada öldü

Cəlilabad rayonunun Üçtəpə kəndində qardaşının iki övladını baltalayan kənd sakini Əli Nağıyev ölüb.

AzerTimes xəbər verir ki, Əli Nağıyevin halı müvəqqəti saxlama yerində pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Əli Nağıyev xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Cəlilabad rayonunun Üçtəpə kənd sakini Əli Hüseynağa oğlu Nağıyev bir evdə yaşadıqları qardaşının iki övladına – 2012-ci il təvəllüdlü Hüseyn Musa oğlu Nağıyev və 2011-ci il təvəllüdlü Həqiqət Musa qızı Nağıyevaya balta ilə xəsarətlər yetirib. H.Nağıyeva ölüb, Hüseyn Nağıyev isə ağır yaralıdır.

Hadisəni törətməkdə şübhəli bilinən Əli Nağıyev müxtəlif cinayətlərə görə 4 dəfə məhkumluq həyatı yaşayıb. O, bir müddət öncə cəza müddətini başa vuraraq evə qayıdıbmış.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Əli Nağıyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılmışdı.