Qardaşı güllələnən güneyli fəal həbs edildi

Qardaşı güllələnən güneyli fəal həbs edildi

Güney Azərbaycanın Qəzvin mahalından olan və etiraz aksiyalarında hökumət məmurları tərəfindən öldürülən Cavad Heydərinin daha bir qardaşı Ruhullah Heydəri həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə onun bacısı Fatimə Heydəri məlumat yayıb.

“Qardaşım Cavad Heydərinin öldürülməsindən sonra ailəmizə təzyiqlər davam edir. Qardaşlarım Məhəmməd, Höccət və Mustafanın həbsindən, mənim işdən qovulmağımdan sonra dördüncü qardaşım Ruhullah Heydəri də təlükəsizlik məmurları tərəfindən saxlanılıb. Onun həbsinin səbəbləri barədə heç bir açıqlama verilmir. Bütün təzyiqlərə baxmayaraq, öldürülən qardaşımızın qanından keçməyəcəyik”, – Fatimə Heydəri bildirib.

Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.

Bundan sonra onun qardaşları həbs edilib, bacısı isə işdən qovulub.

Teqlər: