Qardaşı arvadını xəstəxanada belə öldürdü – Təfərrüat

Qardaşı arvadını xəstəxanada belə öldürdü – Təfərrüat

Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) avqustun 7-si saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

AzerTimes APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Vurğulanıb ki, hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib:

“Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib. Avqustun 9-u saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarasını alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır. Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib”.

Teqlər: