Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 4,1 bal gücündə zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerin 11,57 kilometr dərinliyində baş verən zəlzələ zamanı tələfat və dağıntı halları qeydə alınmayıb.
www.yenicag.az