Qardaş ölkədə daha 257 nəfər vəfat etdi

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 257 nəfər dünyasını dəyişib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 20 135 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 15 197 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 162 775 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 22 203 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 037 433 nəfər təşkil edir.

www.yenicag.az