Qardaş futbolçular eyni səbəblə oyunlardan uzaqlaşdırıldı

Qardaş futbolçular eyni səbəblə oyunlardan uzaqlaşdırıldı

“Şamaxı”nın futbolçusu Leroy Mikels 3 həftəyədək yaşıl meydanlardan uzaq düşəcək.

AzerTimes xəbər verir ki, bu barədə Teleqraf-a almaniyalı hücumçunun özü məlumat verib.

“Şirlər”in kapitanı Premyer Liqanın XXVIII turunda səfərdə “Zirə”yə 0:3 hesabı ilə uduzduqları oyunun 51-ci dəqiqəsində zədələnərək, Murad Vəliyevlə əvəzlənməsindən sonra MRT müayinəsi keçirib.

30 yaşlı forvardın sözlərinə görə, həkimlərin diaqnozuna əsasən ayağındakı problem onu bir neçə həftə komandadan ayrı salacaq:

“Nəticələr sümüyümün dərisində göyərmənin olduğunu göstərir. Təxminən 2-3 həftə oynamayacam”.

Xatırladaq ki, Leroyun qardaşı, “Sabah”da çıxış edən Coy-Lens Mikels də Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi”yə qarşı ilk oyununda ayağından zədə alaraq sıradan çıxıb.

Qeyd edək ki, “Şamaxı” Premyer Liqanın XXIX turunda “Neftçi”ni qəbul edəcək. Aprelin 7-də Şamaxı şəhər stadionunda baş tutacaq görüş sabah saat 15:30-da start götürəcək.

Teqlər: