Qardaş Azərbaycanı kimsə xəritədən çıxara bilməz.
AzerTimes-ın Trend-ə istinadən məlumatına görə, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, İstanbul 1-ci Bölgə millət vəkili Murat Kurum “Zübeyde Hanım Hizmet İçi Eğitim Merkezi”nin konfrans mərkəzində Qars, Ərdahan və İğdırdan olan türk vətəndaşlarla görüş zamanı deyib.
O qeyd edib ki, can Azərbaycan, qardaş Azərbaycan Qəhrəmanmaraşda zəlzələ bölgəsində xilasetmə briqadası, sosial təsisləri ilə qardaş ölkələri olan Türkiyənin yanında oldu.
“Mən buradan cənab Prezident İlham Əliyevə, dost və qardaş Azərbaycan xalqına çox təşəkkür edirəm, Allah onlardan razı olsun deyirəm. Amma biriləri yeni bir xəritə ilə gəlirlər, o xəritədən Azərbaycanımızı çıxardırlar, o yolu Azərbaycan üzərindən deyil də, başqa ölkələr üzərindən keçirməyə çalışırlar. Buna bu ölkə imkan verməz, 85 milyon imkan verməz. Biz hər zaman yaxşı gündə də, pis gündə də azərbaycanlı qardaşlarımızın yanında olduq və İnşAllah sonsuza qədər azərbaycanlı qardaşlarımızla birlikdə yol yürüməyə davam edəcəyik”, – deyə nazir əlavə edib.