Qaranlıqda kompüter, telefon və planşetlərə baxmaq yuxu hormonunun ifrazında problem yaradır.
AzerTimes xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova deyib.
Onun sözlərinə görə, bu, uşaqlarda həmçinin boy hormonunun ifrazına mane olur:
“Ümumiyyətlə bu məsələ ilə bağlı tədqiqtlar aparılır. Uşaqlar qaranlıqda telefon, planşet istifadə etməməlidirlər”.