Qaradağlı soyqırımında 68 dinc sakin öldürülüb, 49 nəfər girov götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter hesabında yazıb.
“Bu gün Azərbaycanda Ermənistan silahlı qüvvələrinin törətdiyi Qaradağlı qırğınının 31-ci ildönümüdür. 1992-ci il fevralın 17-də 68 dinc sakin vəhşicəsinə öldürülüb, 49-u girov götürülüb. Şahidlərin sözlərinə görə, Xankəndidən 2 km aralıda 43 azərbaycanlı girov güllələnərək öldürülüb”, – XİN sözçüsü qeyd edib.