Qaradağın bu qəsəbəsində məktəb yoxdur – Şagirdlər qonşu qəsəbələrə üz tutur

Qaradağ rayonunun Şonqar qəsəbəsində orta məktəb yoxdur.
Sakinlərin sözlərinə görə, təhsil ocağı olmadığı üçün şagirdlər
qonşu qəsəbələrdəki məktəblərə üz tuturlar. Bu isə onlara heç də
asan başa gəlmir. Artıq bəzi valideynlər övladlarını məktəbə
göndərmək istəmir.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil
İdarəsindən bildirildi ki, Qaradağ rayonunun Şonqar yaşayış massivi
Qızıldaş qəsəbəsindəki 180 nömrəli tam orta məktəbdən təxminən 2
kilometrlik məsafədə yerləşir.

“Şonqar yaşayış massivində 2004-cü ilə qədər 180 nömrəli tam
orta məktəbin 2 ibtidai sinfi fəaliyyət göstərib. Sonradan həmin
siniflərdə şagird sayının azlığı səbəbindən 180 nömrəli tam orta
məktəbin əsas binasında siniflərin komplektləşdirilməsi zərurəti
yaranıb.

Qeyd edək ki, Şonqar yaşayış massivində məktəb tikintisi ilə
bağlı əsaslı ehtiyac yaranarsa, məsələyə müvafiq qaydada baxıla
bilər”, – nazirliyin açıqlamasında deyilir.

Teqlər: