Qaradağda quyuda gizlədilmiş narkotik tapıldı – Foto

Qaradağda quyuda gizlədilmiş narkotik tapıldı – Foto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və qurumun müalicə müəssisəsinin əməliyyat aparatları tərəfindən Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a bildiriblər ki, rayonun Lökbatan qəsəbəsi Qobu park yaşayış kompleksindəki yolun kənarında quyuda gizlədilmiş ümumi çəkisi 253,552 qram olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: