Qaradağ rayonu Ümid qəsəbəsində birmərtəbəli yaşayış evində yanğın olması ilə bağlı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub.
AzerTimes xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb və yaxınlığında olan evlərə keçməsinin qarşısı alınıb. Yanğın olan ərazidə aparılan tədqiqat zaman bir nəfərin meyiti aşkarlanıb.